" />

TAİB-in GT sədri Sübhan Xıdırzadə: “Birgə layihələr və təlimlər davam edir-TAİB-ə üzv olmaq istəyən gənclərin sayı artıb”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in GT sədri Sübhan Xıdırzadə:

“Birgə layihələr və təlimlər davam edir-TAİB-ə üzv olmaq istəyən gənclərin sayı artıb”

“Bildiyiniz kimi artıq bir ilə yaxındır ki, Əbədi Birlik GİB-ə ortaq layihələr həyata keçiririk. Bir çox uğurlarımız olub. Ötən ildən başladığımız Mərkəzi Bank maliyyə təlimləri,
Vikipediya təlimləri, Ulu Öndərin anım gününə həsr olunmuş yürüş, “Güneyə Salam” layihəsi
Gənclər İnkişaf Karyera mərkəzlərində Turan Və Türkçülüyə aid tədbirlər, Şəki düşərgəsi və s layihələr uğura imza atdı”.

Bu fikirləri Agsaqqallar.com saytına Gənclər Təşkilatının sədri, ictimai fəal Sübhan Xıdırzadə fəaliyyətlərindən danışarkən deyib.

GT sədri bu il start verdikləri “Bütöv Azərbaycan Naminə” Türk Gənclərinin Forumundan da söz açıb.

” TAİB-in təşkilatçılığı ilə 2023-cü ildə təlimlərlə yanaşı “Bütöv Azərbaycan Naminə- Türk Gənclərinin Forumu” adlı layihəyə start verdik. Forum Tovuz, Qazax, Gədəbəy rayonlarında Gənclərin İnkişaf Mərkəzləri ilə birgə keçirildi. Əbədi Birlik GİB-lə birgə ictimai-fəal gənclərə sertifikatlar verildi.
Hazırda böyük bir layihə üzərində çalışırıq. TAİB-in Gənclər Təşkilatı ilə əməkdaşlıq etmək istəyən GT-larının sayı artır. Eyni zamanda üzvlərimizin də sayı durmadan artır. Bu da bizə həm fərəh, həm də böyük stimul verir. Təbii ki, buna səbəb dövlətin gənclərə verdiyi böyük dəyərin və gənclərə dövlət qayğısının təzahürüdür. Eyni zamanda vətəndaş cəmiyyəti institutu olaraq TAİB-in gənclərə açdığı geniş meydan, müdrik ağsaqqalların tövsiyyələri də uğurumuzun təminatıdır. Hər zaman olduğu kimi, yenə də etimadı doğrultmağa çalışacağıq’-deyə Gt sədri vürğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR