İİTKM-in meneceri Astanada türk dövlətlərinin iqtisadi əməkdaşlığına dair təqdimatla çıxış edib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin meneceri (İİTKM) Ayhan Satıcı Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Türk Dünyasında İqtisadi Əməkdaşlıq və İnteqrasiya üzrə İqtisadi Siyasət Araşdırma Mərkəzlərinin Seminarında çıxış edib.

Agsaqqallar.com AZƏRTAC-a istinadən xəbər verir ki,  seminar türk dövlətlərinin iqtisadi əməkdaşlığı və İqtisadi Siyasət Araşdırma Mərkəzlərinin Şəbəkəsinin yaradılması imkanlarının müzakirəsinə həsr olunub.

İİTKM-in meneceri A.Satıcı seminarın ilk günündə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Türk Dövlətləri Təşkilatının inteqrasiyası üçün iqtisadi zəmin: Əməkdaşlıq və regional dəyər zəncirinin rolu” mövzularında təqdimatla çıxış edib.

Qeyd edək ki, iki günlük seminarın məqsədi Türkdilli ölkələrin rəsmi iqtisadi siyasət araşdırma mərkəzləri arasında şəbəkə yaratmaqla əməkdaşlığı gücləndirmək, birgə tədqiqatların aparılmasını təşviq etmək və “Türk Dünyasına Baxış-2040” məqsədlərinə uyğun olaraq türk ölkələrinin iqtisadi əlaqələrinin genişləndirilməsi üsullarının müzakirəsidir.

Seminarda türk ölkələrinin rəsmi iqtisadi siyasət araşdırma mərkəzlərinin, Türk Akademiyasının, Türk Dövlətləri Təşkilatı Katibliyinin və türk ölkələrinin Qazaxıstanın paytaxtı Astanadakı səfirliklərinin nümayəndələri, eləcə də Azərbaycandan nümayəndə heyəti iştirak edir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR