QHT və Media nümayəndələri Türkiyə səfirliyini ziyarət edib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün bir qrup QHT və Media nümayəndələri Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət ediblər. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşəbbüsü ilə baş tutan taziyə ziyarətində səfirlik önündə Türkiyədə zəlzələdə ölənlərin xatirəsi yad olunub, daha sonra səfir Cahit Bağçı ilə görüşüblər.

Agsaqqallar.com xəbər verir ki, görüşdə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov, Biosfer İctimai Birliyinin sədri Qorxmaz İbrahimli, ATXƏM-in icra katibi İlqar İlkin, Cəmiyyət və Vətəndaş Münasibətləri İnkişafı İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, Ailələrə Sosial Dəstək İB-nin sədri Esmira Rəhimova, İnkişafa və İslahatlara Dəstək İB-nin sədri Ramil Əliyev, Demokrat.az saytının rəhbəri Vasif Həsənli, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə iştirak ediblər.
QHT nümayəndələri bildiriblər ki, fevralın 6-da qardaş Türkiyədə baş verən zəlzələ miqyasına görə son yüzilin ən böyük fəlakətlərindən biridir. Fəlakət baş verən gündən Azərbaycan xalqı bir nəfər kimi qardaş Türkiyə ilə birlik və bərabərlik nümayiş etdirərək, ilk yardıma başlanılmışdır. Azərbaycan QHT-ləri də bu yardım kampanyalarında fəal iştirak edib, zəlzələdən zərər çəkənlərə yardımı təşkil etmək üçün İctimai Dəstək platforması yaradıblar. Bu platformada birləşən təşkilatlar bundan sonra da davamlı olaraq zəlzələdən zərər çəkənlərə öz yardımlarını davam etdirəcəklər.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı taziyə ziyarəti üçün təşəkkür edərək, bildirib ki, Azərbaycan Türkiyədəki zəlzələdən zərər çəkənlər üçün yardım edən ölkələrin başında gəlir. Biz bu yardımların göstərilməsində həm dövlətin, həm də Azərbaycan xalqının ürəkdən birlik və bərabərlik içərisində çalışdığını gördük. Bu bizim qardaşlığımızı, birliyimizi daha da gücləndirir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR