Qazaxda gənclərin “Bütöv Azərbaycan Naminə” Türk Gənclərinin II forumu keçirilib -FOTO

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Gənclər forumda od püskürdülər:

”Türkiyədəki fəlakəti karikaturaya çevirən Fransa və fəlakət zamanı qazı kəsən İran heç vaxt humanizmdən söz aça bilməz – Qeyri-etik davranış”

Qazaxda gənclərin “Bütöv Azərbaycan Naminə” Türk Gənclərinin II forumu keçirilib

8 Fevral 2023-cü il tarixində Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi-TAİB-in təşkilatçılığı ilə
Əbədi Birlik Gənclər İctimai Birliyi və TAİB-in Gənclər Təşkilatının birgə Qazax rayonunda Qazax Gənclər Evində “Bütöv Azərbaycan Naminə!” Türk Gənclərinin II Forumu keçilib.

Forumda TAİB-in Gənclər Təşkilatının sədr müavini Elgün Rüstəmli və İdarə Heyətinin üzvləri, Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev və İdarə Heyətinin üzvləri, Qazax Gənclər Evinin əməkdaşları iştirak ediblər.
Forum Azərbaycan Respublikasının himni ilə başlayıb, Şəhidlərimizin və Türkiyədə baş verən zəlzələ zamanı həlak olan qardaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.

Gənclər çıxışlarında Azərbaycana və türk dünyasına düşmən mövqedə olan Fransa və İrana qarşı sərt çıxışlar ediblər. İrandakı səfirliyimizə olan hücumu pisləyərək, Bütöv Azərbaycan naminə hər şeyə hazır olduqlarını vurğulayıblar.

Qeyd olunub ki, bu gün qardaş Türkiyədə baş verən fəlakəti ironiyaya, karikaturaya çevirən Fransa və bu şaxtada, fəlakət zamanında Türkiyəyə gedən qazı kəsən İran heç bir humanizmdən danışa bilməz!

Forum ərəfəsində regionda olmaqlarına baxmayaraq, qardaş Türkiyəyə gedən yardım aksiyasına da qoşulan gənclər 9 fevralda növbəti forumlarını Gədəbəy rayonunda keçirəcəklər.

Qeyd edək ki, gənclərin I forumu Tovuz rayonunda keçirilib. Regionun fəal gənclərinə sertifikatlar təqdim olunub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR