TDT-nin Baş katibi Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib – BƏYANAT
![](http://agsaqqallar.com/wp-content/uploads/2023/01/1674810732_tdt.jpg)
“Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi 27 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücumu, zorakılıq nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin rəhbərinin öldürülməsini, iki təhlükəsizlik işçisinin yaralanmasını qətiyyətlə pisləyir”.
Agsaqqallar.com xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanbiçek Ömüralıyev Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanatında bildirib.
Bəyanatda qeyd olunub ki, TDT İran hakimiyyətini bu zorakı hücumla bağlı hərtərəfli araşdırma aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırır.
“Bu gün həyatını itirən zabitin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik” – bəyanatda qeyd olunub.
Oxşar Xəbərlər
- Azərbaycan-Türkiyə müttəfiqliyi region üçün yeni konfiqurasiya yaratdı
- TAİB-in İH üzvü Akif Rufullayev:” “Bacılar”ın bu mövsümdə son teatrlasdırılmıs tamaşası, “bizim” yerli və qastroldakı soysuz daşlarını növbəti dəfə dövlətimizə, iqtidara əsassız və gülünc ittihamlara sövq etdi”
- TAİB-in rəhbərliyi və bütün üzvləri Kərkük Kültür Dərnəyini 10 yaşı münasibətilə təbrik edir…