Laçın-Xankəndi yolunda və Şuşada 20 yanvar şəhidləri yad edilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün ölkənin hər yerində olduğu kimi, saat 12:00-da Şuşa şəhərində və Xankəndi-Laçın yolunda ekofəalların dinc etiraz aksiyası keçirilən ərazidə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Agsaqqallar.com xəbər verir ki, onlar ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş digər qəhrəman Vətən övladlarının xatirəsinə də sayğı duruşu göstəriblər.

Ərazidə olan avtomobillər səs siqnalları verib, etirazçılar Azərbaycan xalqının başına gətirilən faciəni anıblar.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan dinc aksiya ötən il dekabrın 12-dən başlayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR