TAİB -in İdarə Heyətinin üzvü, millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərov: “Təhsil hər bir xalqın qazandıqlarının hesabatıdır“

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Təhsil dünyanın hər bir ölkəsində həmin ölkə üçün aynadır. Təhsil hər bir xalqın qazandıqlarının hesabatıdır. O cümlədən Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən sonra təhsil sahəsində də kifayət qədər uğurları olub. Hər şeydən əvvəl təhsil haqqında qanun qəbul olunub. Yəqin ki, bu yaxınlarda ali təhsil haqqında qanun qəbul olunacaq”.

Bu sözləri təhsil barədə sorğuda iştirak edən TAİB -in İdarə Heyətinin üzvü, millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərov sualları cavablandırarkən deyib.

O, bildirib ki, Azərbaycanın həm orta, həm də ali məktəblərində təhsilin magistratura və doktorontura pilləsində Azərbaycan dünyanın təhsil sahəsində hansı uğurları varsa, Azərbaycan da həmin uğurlara imza atıb.

” Müəllim kontingenti, saxta diplomlar və s. bu kimi problemlərin hər biri öz həllini tapır. Hazırda məktəblərimiz dünyanın ən nüfuzlu məktəbləri ilə rəqabətə girə bilir. Ali məktəblərin də bu sahədə böyük uğurları var. Azərbaycan təhsil almaq üçün dünyanın ən nüfuzlu ali məktəblərinə hər il yüzlərlə gənc göndərir. Bütün bunlar təhsilimizin nə qədər inkişaf etdiyinin göstəriciləridir”-deyə professor bildirib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR