ABŞ-ın dövlət katibi Azərbaycan və Ermənistan XİN başçıları ilə telefon danışığı aparacaq
Yaxın günlərdə ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olacaq.
Agsaqqallar.com “Report”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
O bildirib ki, E.Blinken həmçinin Ermənistanın XİN başçısı Ararat Mirzoyanla da danışacaq.
Qeyd edək ki, tərəflər arasında sonuncu üçtərəfli görüş ötən ilin noyabrında Nyu-Yorkda keçirilib.
Oxşar Xəbərlər
- Azərbaycan və Qazaxıstan baş nazirləri arasında telefon danışığı olub
- Bakı Slavyan Universitetinin Xarici dil Müəllimliyi fakültəsinin Fransız dili müəllimliyi ixtisasının 2-ci kurs tələbəsi Səadət Əlizadə indiyədək 50-dən çox şəhidin rəsmini çəkmişdir
- Azərbaycan ordusu 10 min nəfərlə təlimlərə başladı