QHT-lər dövlət və milli maraqlarımızın müdafiəsində monolit bir qüvvə kimi dayanıblar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu bir həmrəylik nümunəsidir! İndi bütün dünya azərbaycanlılarının ürəyi Xankəndi yolunda aksiya keçirən Vətəndaş Cəmiyyəti nümayəndələri ilə birgə döyünür.

Qarabağda yaşayan dinc erməni əhalisi ilə bizim heç bir işimiz yoxdur. İstəyimiz odur ki, sülhməramlılar olan sahədə dövlət qurumlarımızın monitorinq aparılmasına imkan verilsin.

Azərbaycan humanizm prinsiplərilə yaşayan ölkədir. Hazırda Xankəndi yolunda keçirilən dinc aksiyamız da haqqımızın tələbidir! Dədə-baba torpaqlarımızın yeraltı və yerüstü sərvətləri dövlətimizə, Azərbaycanımıza məxsusdu!
Ermənilər ekoloji terrora son verməli, dövlət qurumlarımızın sülhməramlılar olan ərazidə monitorinq aparmasına imkan yaradılmalıdır!

Yeri gəlmişkən, onu da qeyd etməliyik ki, haqlı mübarizəmizin yeni mərhələsində Qeyri-Hökumət Təşkilatlarının üzərinə düşən vəzifələr yüksək səviyyədə icra olunur. QHT-lərimiz dövlət və milli maraqların müdafiəsində monolit bir qüvvə kimi dayandıqlarını nümayiş etdirirlər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR