Bakıda Azərbaycan, Özbəkistan, Türkiyə və Qırğızıstanın diaspor qurumları arasında Anlaşma memorandumları imzalanıb
Paytaxtda Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu çərçivəsində Azərbaycan, Özbəkistan, Türkiyə və Qırğızıstanın müvafiq qurumları arasında Anlaşma memorandumları imzalanıb.
Agsaqqallar.com “Report”-a istinadən xəbər verir ki, tədbir Forum Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Türk Dövlətləri Təşkilatının (TDT) tərəfdaşlığı ilə keçirilir.
Forumda iştirakçı qurumların 2023-cü il üçün diaspor üzrə birgə fəaliyyət planının və fəaliyyət strategiyası müzakirə olunur.
Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu işini dekabrın 21-də Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı Şuşada davam etdirəcək.
Oxşar Xəbərlər
- Binəqədidə ümumrayon “Novruz” şənliyi keçirildi
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə video müraciət edib
- ŞƏHİDLƏRİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ GECƏ KEÇİRİLDİ VƏ FRANSA SƏFİRLİYİNƏ ÜNVANLANMIŞ BƏYANAT QƏBUL EDİLDİ