“5-ci Beynəlxalq Sosial Elmlər Konfransı” keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

9-11 dekabr tarixlərində İndoneziyanın IPMI Beynəlxalq Biznes Məktəbi tərəfindən 5-ci beynəlxalq Sosial Elmlər Konfransı ( 5th International CEO and Social Sciences Congress) keçirilib. Sahibkarlar, alimlər, doktorantlar, incəsənət xadimləri, QHT, dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən konqresin məqsədi insan, sosial və mədəni kapitalın inkişaf etdirilməsi məsələlərini müzakirə etməkdir.

Beynəlxalq konqresdə dünyanın 30-dan çox ölkəsinin 200-dən çox aliminin məruzələri dinlənilib.

Ölkəmizi beynəlxalq tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” fakültəsinin dekanı, “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəza Həsənov təmsil edirdi. Təmsilçimiz “STATE SUPPORT FOR THE DEVELOPMENT OF ENTREPRENEURSHIP IN Azerbaijan” mövzusunda konfrans iştirakçılarına məlumat verərək iştirakçıların suallarını cavablandırdı.

Qeyd edək ki, Beynəlxalq konqresin Təşkilat Komitəsinin üzvlərindən biri də PhD. C. Kerim KARADALdır. 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR