" />

“Əbədi Birlik” GİB-in sədri Şahin Əliyev: “TAİB-in gənclərilə ortaq layihələrdə ağsaqqalların tövsiyyələrindən bəhrələnəcəyik”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Əbədi Birlik” GİB-in sədri Şahin Əliyev: “TAİB-in gənclərilə ortaq layihələrdə ağsaqqalların tövsiyyələrindən bəhrələnəcəyik- Türk dünyasının gənclərilə əməkdaşlığı gücləndirməliyik”

“Bu gün Azərbaycanda hər bir gənc onlar üçün yaradılmış şəraitdən səmərəli istifadə etməlidir. Dövlət gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu bu siyasətin həyata keçirilməsinin hüquqi, iqtisadi, siyasi və təşkilati əsaslarını gənclərin əsl hüquq bərabərliyinin təmin olunmasına yönəldilmiş hüquq və vəzifələr sistemini müəyyən edir”.
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında “Əbədi Birlik” GİB-in sədri Şahin Əliyev deyib.
TAİB-in Gənclər Təşkilatı ilə əməkdaşlıq etməkdə məqsədlərindən danışan təşkilat sədri Türk Ağsaqqallar Birliyinin müdrik ağsaqqallarından öyrənməli çox şey olduğunu vurğulayıb:
“Milli-mənəvi dəyərlərimiz olan ağsaqqalların sözünə, tövsiyyəsinə hər zaman ehtiyacımız var. Ağsaqqal müdrikliyi gənclik ruhuyla birləşəndə daha mükəmməl iş ortaya qoymaq olur. Ona görə də biz də ortaq layihələrin daha uğurlu olacağına inandığımızdan əməkdaşlıq müqaviləsi bağladıq. Artıq layihələrin icrasına başlamışıq. Bizim bütün layihələrimiz gənclərimizin pis vərdişlərdən uzaqlaşması, ardımızca gələn nəsillərə örnək nümunəsi göstərmək missiyasına xidmət edir. Ona görə də gücümüzü birləşdirərək daha böyük uğurlara imza atmaq niyyətilə yola çıxdıq. TAİB rəsmilərinin bizə olan etimadı inamımızı daha da artırdı. İlk gündən bizə xeyir-dua verməklə, məsləhət və tövsiyyələrini də əsirgəmədilər. Nümunə olmaq fəxarətdi. Biz gənclər də həm dövlətə dəstəyimizi verəcək, türk xalqı olaraq tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi qorumağa, həm də gələcək nəsillərə nümunə olmağa çalışacağıq”.
Şahin Əliyev TAİB-in Ankarada açılan ilk nümayəndəliyi barədə də danışıb. Bildirib ki, Türk Ağsaqqallar Birliyinin fəaliyyəti qürurvericidi, biz gənclərə də geniş meydan açılır.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR