" />

TAİB-in Qadınlar Şurasının sədr müavini, dosent Mehparə Əliyeva: “TDT-ya üzv ölkələrin, eyni zamanda azsaylı türk xalqlarının qadınları ilə də əlaqələrimiz yüksək səviyyədə olacaq”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in Qadınlar Şurasının sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Mehparə Əliyeva: “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin, eyni zamanda azsaylı türk xalqlarının qadınları ilə də əlaqələrimiz yüksək səviyyədə olacaq”

“Türk qadını hər zaman ailədə və cəmiyyətdə xüsusi yerə malik olmuş, hər zaman hörmət, ehtiramla və qayğı ilə əhatə olunan qadın yeri gələndə sülh göyərçini olub, yeri gələndə əlinə silah alıb ulusun müdafiəsinə qalxıb”

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in Qadınlar Şurasının sədr müavini, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqları etnoqrafiyası” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mehparə Əliyeva türk qadınının ailədə və cəmiyyətdəki yerindən danışarkən deyib.

O, bildirib ki, türk cəmiyyəti qadınına hər zaman dəyər verib. Qadın ailə ocağının qoruyucusu olub.

“Müasir dövrümüzdə Azərbaycan qadını da savadı, ağlı, fəallığı ilə daim öndədir. TAİB-in Qadınlar Şurasının yaradılması və ona məhz Türk Dünyasını Sibirdən Balkanlaradək gəzib dolaşan, araşdırmalar aparan, etno-foto sərgilər keçirən, çoxlu sayda konfranslarda, qurultaylarda iştirak edən, türk xalqları ilə bağlı müxtəlif mövzulu kitablar, məqalələr yazan, radio və televiziya verilişlərinin müəllifi və aparıcısı olan türkoloq Güllü Yoloğlunun sədrlik etməsi göstərir ki, nəinki Türk Dövlətləri Təşkilatına üzv ölkələrin, eyni zamanda azsaylı türk xalqlarının qadınları ilə də əlaqələrimiz yüksək səviyyədə olacaq. Çünki bu əlaqələr artıq illərdir mövcuddur. İndi həmin əlaqələr yeni müstəvidə təqdim olunacaq, yeni layihələr, yeni planlar işlənib hazırlanacaq. Bir sözlə, artıq başladığımız iş yaxın gələcəkdə də davam edəcək və TAİB-in Qadınlar Şurası olaraq daha böyük uğurlara imza atacaq”-deyə M. Əliyeva bildirib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR