“Azərbaycan bütün türk dünyasının ümid mənbəyidir” – Ərdoğan

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Torpaqlarını illərin işğalından azad edən Azərbaycan bütün türk dünyasının ümid mənbəyi olmaqla yanaşı, bölgənin əsl ulduzuna çevrilib”

Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hakim Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar Azərbaycanın dövlət başçısı İlham Əliyevə ünvanladığı təbrik məktubunda yazıb.

Türkiyə liderinin mesajının mətnini Bakıda Türkiyənin Ədalət və İnkişaf Partiyasının birinci müavini Numan Kurtulmuş oxuyub.

Ərdoğan Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri “müstəsna” adlandırıb, “Şuşa bəyannaməsi” sayəsində əlaqələri yeni səviyyəyə yüksələn iki ölkənin sıx əməkdaşlığına və həmrəyliyinə diqqət çəkib.

Türkiyə lideri qardaş ölkənin dünya miqyasında mövqelərinin inkişafı və möhkəmləndirilməsi istiqamətində gələcək addımların atılacağına əminliyini ifadə edib.

Numan Kurtulmuş Bakı ilə əməkdaşlığı gücləndirmək və genişləndirmək üçün Ankaraya doğru kursun dəyişməzliyini də qeyd edib.

Daşqın Həsənov

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR