" />

İsveçdə “Mədəniyyət kodu –Şuşa” mövzusunda konfrans keçiriləcək

Yazı fontunu küçültür Yazı fontunu büyütür

İsveçin Stokholm şəhərində noyabrın 26 da “Qobustan – Azərbaycan Aydınlar Ocağı”nın təşkil etdiyi “Mədəniyyət kodu – Şuşa” mövzusunda konfrans keçiriləcək.

Konfransda Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin dəstəyi ilə İsveçə gələn Azərbaycanın tanınmış araşdırmaçı jurnalisti, professor Şəlalə Həsənova, onun həmkarı Sindi Şükürova və təşkilatın başqanı doc.dr. Səadət Kərimi Şuşa şəhərinin tarixi mədəni irsini çox maraqlı tərzdə, tarixi-sosioloji yanaşma ilə həm də bədii dilin gözəlliyi ilə geniş ictimaiyyətə çatdıracaqlar.

Şuşanın qəhrəmanlıq ruhu, Pənahəli xanın şəhər konsepsiyası, dağlarda həkk olunmuş qədim türkün səsi, Ağabəyim Ağa, Gövhər Ağa, Xurşidbanu Natəvan, Fatma Kəminənin timsalında mütərəqqi Şərq qadını obrazı, gözəl, əsrarəngiz və sirli Şuşanın ədəbi mühiti, musiqi təmtərağı, Şuşa adlı mədəniyyət kodunun çalarları və bir çox maraqlı faktlar çələngi. Bütün bunlar “Mədəniyyət kodu – Şuşa” adlı lonqriddə çox maraqlı formatda əks olunacaq. Azərbaycan mediası üçün tam yeni olan bu məhsul ciddi araşdırmalar, arxiv foto və videosənədlər, müsahibələr əsasında hazırlanıb.

Fitçer üslubunda hazırlanmış mətn yeni medianın müxtəlif alətləri istifadə olunmaqla lonqridin tələblərini müvafiq zənginləşdirir. Üç növ infoqrafika hazırlanıb, bunlardan iki interaktiv xəritə məzmununa görə tam yeni və unikaldır. Bunlar Şuşa şəhərinin məhəllələri və işğaldan azad olunmuş ərazilərdəki Alban məbədlərinin interaktiv xəritələridir.

Layihənin əsas ideyası Şuşanın əsrarəngizliyi və füsunkarlığını düzgün media texnologiyaları vasitəsilə Qərb insanına aşılamaqdır. Müasir dövrdə immersiv, yəni dalma jurnalistikaya xas olan alət və üsullardan istifadə vacib mesajların auditoriyaya müfəssəl çatdırılmasına zəmanət verir. Onlardan biri Qərb auditoriyasında populyar olan lonqriddir.

Qeyd edək ki, bu layihə Azərbaycan tərəfindən Avropada təqdim ediləcək ilk lonqrid olacaq. Layihənin məqsədi Şuşanın əsrlər boyu məhz Azərbaycan şəhəri olmasını tarixi faktlar, arxiv materialları, memuarlar, nadir fotolar və s. vasitəsilə İsveç ictimaiyyətinə çatdırmaqdır.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR