" />

TAİB-in İdarə Heyətinin üzvü pr.dr. Muhtar Bəydili: “TAİB Türkmənlərin də Türk dünyası ilə əməkdaşlığını gücləndirməyə yeni təkan verəcək”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Pr. Muhtar Beydili: “TAİB türkmənlərin də Türk dünyası ilə əməkdaşlığını gücləndirməyə yeni təkan verəcək”

“Biz Suriya türkmənləri olaraq türk xalqlarıının sabitliyini və rifahını artırmağa, dünya türkmənlərinin də Türk dünyası ilə əməkdaşlığını gücləndirməyə yeni təkan verəcək Türk Ağsaqqalları Birliyinə çox mühüm əhəmiyyət veririk. Suriya Türkmən Həkimləri Birliyi olaraq biz də bu təşkilatda təmsil olunaraq bütün dünyaya sülh, birlik, həmrəylik və firavanlıq gətirəcək hər bir addıma dəstək olmaq, Türk dünyası ilə qədim bağlarımızı möhkəmləndirməyə və inamla irəliləyəcək parlaq gələcəyə inamımızı ifadə etmək istəyirik”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında Suriya Türkmən Doktorlar Birliyinin sədri, TAİB-in İdarə Heyətinin üzvü pr.dr. Muhtar Fateh Bəydili deyib. O, bildirib ki, tarixi, kökü, dili və dini bir olan türk xalqları qədimdən bir-birlərinə bağlıdırlar. Bu gün Türk dünyasında baş verən bütün hadisələrin bilavasitə bizə də aidiyyatı var.

“Qardaş Azərbaycanda baş verən bütün olaylar illərdir bizim də qəlbimizi incitdi. Biz bütün dünyanın gözü qarşısında Qarabağda Azərbaycan türklərinin, qadın, uşaq, qocalara qarşı törədilmiş erməni vəhşiliklərini, insanlığa qarşı törədilmiş bu soyqırımı və onun mənəvi prinsiplərini 30 il durmadan hayqırdıq. Biz suriyalılar olaraq 30 il əvvəl 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində erməni dəstələrinin törətdiyi “Xocalıya ədalət” istədik. Və biz 30 il ərzində dünyaya deyirik ki, sivillər sırf irqinə və dininə görə öldürülüb! Nəhayət ədalət yerini tapdı. Azərbaycan Zəfər çaldı. Bu Türkün Zəfər tarixidir! Bizim, biz suriyalıların da Zəfər tariximizdir”!

Hazırda 44 günlük Vətən Müharibəsinin Zəfər tarixinin ildönümünü yaşadığımızı da qeyd edən TAİB üzvü bildirib ki, beynəlхalq aləmdə Türk dünyasının birliyinə heç də bizim düşündüyümüz kimi asan baхmırlar. Ona görə də təşkilatda həyata keçirilən layihələr, görülən işlər ümumtürk konteksində daha səmərəlidir.

Təşkilatın işinə uğurlar diləyən birlik sədri onu vurğulayıb ki, TAİB-in Suriyada nümayəndəliyinin açılması da vacib amillərdən biridir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR