" />

TAİB nümayəndələri Qaxda Şəhidlər Xiyabanını ziyarət ediblər – Fotolar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qaxda böyük Türk şairi və filosofu Yunus Əmrəyə həsr olunmuş, “Yunus Əmrə sözünün Türk özünüdərkinə təsiri” mövzusunda konfrans təşkil edən Türk Ağsaqqalları Birliyi – TAİB-in təmsilçiləri Şəhidlər Xiyabanını ziyarət ediblər.

Ziyarətdə şəhid məzarlarının üzərinə tər güllər qoyulub, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə canını fəda etmiş qəhrəman oğulların ruhuna dualar oxunub.

TAİB nümayəndələri Şəhidlər Xiyabanı kompleksində yerləşən Ana abidəsi, II dünya müharibəsində həlak olan azərbaycanlıların xatirə guşəsini və Sovet İttifaqı qəhrəmanı Məmmədəli Məmmədovun büstü üzərinə də tər güllər qoyublar.

Ziyarətdə TAİB təmsilçilərini Qax Rayonu İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova müşayət edib.

    

     

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR