Ərdoğan: Qarabağın inkişafına şahid olmaq məni hədsiz dərəcədə sevindirdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycanlı qardaşlarımız işğaldan azad edilmiş torpaqlarında başladıqları yenidənqurma və inkişaf prosesini sürətlə davam etdirirlər.

Agsaqqallar.com APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən geri dönərkən yerli mediaya müsahibəsində deyib.

Ərdoğan xatırladıb ki, ötən il, o, Şuşada, Füzulidə olarkən işğaldan azad edilmiş torpaqlarda aparılan işlərlə yerində tanış olub.

“Qarabağın bir ildən sonra gəldiyi nöqtəni görmək, onun günü-gündən inkişafının şahidi olmaq, sözün düzü, məni hədsiz dərəcədə sevindirdi. Bu layihələrdə qurumlarımızın və türk şirkətlərinin payının olması bizim üçün qürurvericidir. Bu münasibətlə bütün Azərbaycan xalqını, xüsusən də qardaşım İlham Əliyevi təbrik etmək istəyirəm. İnanıram ki, Azərbaycanın investisiya addımları ilə Qarabağ tezliklə regionun parlayan ulduzuna çevriləcək”, – Türkiyə lideri vurğulayıb.

Ərdoğan diqqətə çatdırıb ki, Zəngilanda açılış mərasimində iştirak etdiyi beynəlxalq hava limanı sadəcə Azərbaycan üçün deyil, bütün bölgə üçün əhəmiyyətlidir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR