TAİB rəsmiləri Türkiyənin “Yeni Akit” saytına açıqlama verib – FOTO

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyi – TAİB-in rəsmiləri Türkiyənin tanınmış “Yeni Akit” saytına açıqlama veriblər.

Missiya.Az xəbər verir ki, TAİB sədri, akademik Sudeyif İmamverdiyev “Yeni Akit” saytına açıqlamasında “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əiyevin birlikdə yürütdüyü siyasət Türk birliyinin möhkəmlənməsinə əvəzsiz töhfələr verir” deyib.

Sudeyif İmamverdiyev xüsusi vurğulayıb ki, Türkiyə və Azərbaycanın dövlət başçıları xəyallarımızdakı Türk birliyini inşa edirlər.

TAİB sədri hesab edir ki, növbəti ayda Səmərqənddə keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə toplantısında türk birliyinin qarşıdakı yoluna işıq tutulacaq.

TAİB sədrinin fikirlərinə qoşulan təşkilatın xarici əlaqələr şöbəsinin rəhbəri Elnur Eltürk də bildirib ki, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Türk birliyinin möhkəmləndirilməsi istiqamətində təsirli addımlar atmaqla yanaşı, regionun təhlükəsizliyini təmin etmək yönündə də effektiv siyasət yürüdürlər.

O, Türk dünyasının birliyi və güclənməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə böyük xidmətlər göstərən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qazaxıstanda səsləndirdikləri bəyanatların xüsusi önəm daşıdığını da qeyd edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR