Pandemiyaya qarş mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın təbliği

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

təbliğiQoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra qlobal məsələlərə toxunub, o cümlədən COVİD-19 pandemiyasında təşkilatın həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verib.
“Qoşulmama Hərəkatında sədrliyimiz COVİD-19 ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri idi”- deyən ölkəmizin başçısı bu sahədə Azərbaycanın məqsədyönlü fəaliyyətini bir daha konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Pandemiya başlanan zamandan Azərbaycan COVİD-19-la mübarizə üzrə bir çox təşəbbüslərin müəllifi olub, eyni zamanda bu istiqamətdə əməli addımlar atıb. İlk gündən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə həyat keçirilən tədbirlər beynəlxalq səviyyədə böyük dəstək qazanıb.
Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini uğurla davam etdirib, dünya ölkələrinin əksəriyyəti özünə qapandığı dövrdə Azərbaycanın pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edib. Bu məqsədlə İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısı, həmçinin 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilib. Bir sıra qərarlar qəbul olunub.
Eyni zamanda Azərbaycan dünyada koronavirusa qarşı vaksinlərin bərabər və ədalətli bölüşdürülməsi üçün də təşəbbüslə çıxış edib və məhz ölkəmizin təşəbbüsü ilə 23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə 133 ölkənin dəstəyi ilə qəbul edilib. Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub.
Varlı və kasıb ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizə davamlı olaraq Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin hər zaman gündəliyində olub.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında İlham Əliyev pandemiyaya qarşı görülmüş tədbirlərin böyük səmərə verdiyini vurğulayıb və qeyd edib ki, “Bizim səylərimiz təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir, eyni zamanda, ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı bizim məlumat bazasından istifadə etməyə başlamış Ümumdünya Səhiyyə Təşkilatı üçün də faydalı oldu”.
Bu sahədə həyata keçirilən tədbirlərin gələcəkdə də faydalı olacağını bildirən İlham Əliyev ümumi səylərin birləşməsi nəticəsində hər hansı bir pandemiyaya qalib gəlməyin mümkünlüyünü önə çəkib: “Beləliklə, üzv dövlətlərdə yaratdığımız məlumat bazası bu pandemiya ilə və gələcəkdə baş qaldıra bilən istənilən digər xəstəliklə mübarizədə çox faydalı idi və faydalı olmağa davam edir. Biz 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı təmin etmişik. Həmçinin biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə etmişik və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır. Beləliklə, COVID-19 ilə mübarizəyə yanaşmamızla bağlı səylərimiz zənnimcə çox mühüm qlobal təsirə malik olmuşdur. Çünki biz peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən biri idik. Hamımızın xatirindədir ki, pandemiyanın ilk günləri və aylarında bəzi zəngin ölkələr onlara lazım olduğundan ola bilsin üç və ya dörd dəfə çox peyvəndləri tədarük edir və bununla da digər ölkələri peyvəndlərə çıxışdan məhrum edirdi. Biz hamımız digər ölkələrin çıxılmaz vəziyyətdə olduğu bir vaxtda zəngin ölkələrin peyvəndlərin mütləq əksəriyyətindən istifadə etdiyinin şahidi olduq. Buna görə də bizim peyvənd millətçiliyinə qarşı mübarizəmiz Birləşmiş Millətlər Təşkilatı tərəfindən də dəstəklənmişdir. Hesab edirəm ki, bu da vaksinlərin ədalətli paylanılmasına mühüm təsir göstərmişdir”.
Həmidə Ələfsərova
Nizami rayonu, Kimya-biologiya təmayüllü liseyin həkimi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR