TAİB təmsilçiləri Qırğızıstanın populyar telekanalından Türk dünyasına səsləndilər – Canlı efirdə Qurtuluş mövzusu – Fotolar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB təmsilçiləri Qırğızıstanın aparıcı telekanalından Türk dünyasına səsləndilər – Canlı efirdə Qurtuluş mövzusu – Fotola

Qırğızıstanda səfərdə olan Türk Ağsaqqalları Birliyi – TAİB-in nümayəndələri bu gün populyar Piramida Media Holdinqin qonağı olublar.

TAİB təmslçilərinin Bişkekə səfərinə və 15 İyun Milli Qurtuluş Gününə həsr olunacaq Konfransa böyük maraq göstərən Qırğızıstanın aparıcı media quruluşunun təmsilçiləri qonaqları səmimiyyətlə qarşılayaraq Türk xalqları arasında əlaqələrin inkişafına maraq göstərən təşkilatların fəaliyyətini alqışladıqlarını deyiblər.

Daha sonra TAİB sədri, akademik Sudeif İmamverdiyev və TAİB-in nümayəndə heyətində təmsil olunan millət vəkili, professor Elman Nəsirov Piramida Media Holdinqə daxil olan Piramida telekanalının canlı efirində çıxış ediblər.

Verilişdə 15 İyun Milli Qurtuluş Günü və Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası barədə əhatəli fikirlər səsləndirilib, bu əlamətdar tarixə həsr olunacaq Konfransa dair ətraflı məlumat verilib.

Akademik Sudeif İmamverdiyev türkdilli ölkələr arasında inteqrasiyanın sürətləndirilməsində ağsaqqalların, görkəmli elm xadimləri və mədəniyyət adamlarının böyük rol oynayacağına əminliyini ifadə edərək, Türk Ağsaqqalları Birliyi – TAİB-in bu yöndə həyata keçirdiyi layihələrdən bəsh edib.

Millət vəkili Elman Nəsirov öz növbəsində Azərbaycan-Qırğızıstan əlaqələrinin bugünkü səviyyəsindən və dövlətlərarası münasibətlərin inkişaf perspektivlərindən söz açaraq Qırğızıstanın Türk birliyi platformasında əhəmiyyətli roluna toxunub.

Qonaqlar göstərilən diqqətə görə Piramida Media Holdinqə təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, iyunun 13-də Bişkekdə Türk Ağsaqqalları Birliyi, Qırğızıstan-Türkiyə “Manas” Universiteti və Azərbaycanın Qırğızıstandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş Konfrans keçiriləcək.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR