TAİB-in İcra Aparatının iclası keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün Türk Ağsaqqalları Birliyi-TAİB-in ofisində təsisçi Ramin Əhmədovun da iştirakı ilə təşkilatın İcra Aparatının iclası keçirilib. İcra Aparatının təmsilçiləri Nicat Hüseyn Dağlar, Eyvaz Hünbətov, Şərafət Şəfa və Elnur Eltürkün iştirak etdiyi iclasda görülən işlər və qarşıdakı layihələrlə bağlı müzakirəsi aparılıb.
Səfərlər barədə hesabat verən İcra Aparatının rəhbəri Nicat Hüseyn Dağlar Ramin Əhmədova təşkilatın strukturunda təkmilləşmə təklifləri və tədbirlər planı barədə məlumat verib. Qeyd olunub ki, gələcək fəaliyyət planında türkdilli dövlətlərə səfərlər və ortaq layihələr nəzərdə tutulub.
Ramin Əhmədov TAİB-in gələcək fəaliyyət planına dair tapşırıq və tövsiyyələrini verib, hər kəsə işlərində uğurlar diləyib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR