Şəmsəddin Kuzəçi:”Heydər Əliyevin yubileyi bütün türk dünyasında qeyd edilir”
” Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illik yubileyi təkcə Azərbaycanda deyil, bütün türk dünyasında qeyd edilir”.
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında türk dünyasının tanınmış yazarı, TAİB-in İdarə Heyətinə namizəd, yazar Şəmsəddin Kuzəçi deyib.
O, qeyd edib ki, ümummilli lider təkcə Azərbaycanın deyil bütöv türk dünyasının fəxridir. “Dahi öndəri sevgi-sayğıyla anırıq. Allah qəni-qəni rəhmət eləsin. Ruhu şad olsun! Bu azad, abad Azərbaycan onun əsəridir”-deyə Ş. Kuzəçi bildirib.