Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycan iqtisadiyyatına əlavə dividentlər qazandıracaqdır
Göostrateji baxımdan əlverişli məkanda yerləşən və tarixən şərqdə qədim Çindən başlayaraq, qərbdə isə Avropada yekunlaşan “ipək yolu” məhz bu füsünkar diyarınqovşağından keçir. İstənilən bir dövlətin ayaqda qalması üçün, deyərdim ki, bəlkə də yaşaması üçün ən vacib amillərdən biri iqtisadiyyat və onun inkişaf etdirilməsi məsələsidir. Uca yaradanın xalqımıza bəxş etdiyi bu zəngin diyar, istər təbii şəraiti ilə, istərsə də zəngin enerji resursları ilə daim dünyanın diqqət mərkəzində olmuşdur. Bu gün təsadüfü deyil ki, Azərbaycan Avropanı enerji resursları ilə təmin edir. ”Bakı -Tblisi-Ceyhan”, Tanap”, “Tap” kimi meqa layihələr ölkəmizin dünya üçün nə qədər əhəmiyyətli və xüsusi önəm kəsb etməsinin bir daha təsdiq etmiş olur.
Bu sözügedən layihələrin həyata keçirilməsini şərtləndirən ən vacib amillərdən biri lider və şəxsiyyət amilidir. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, məhz tarixin keşməkeşli və təlatümlü dövrlərində onun taleyinə biganə qalmayan və ürəyi xalqı ilə döyünən şəxsiyyətlər ona rəhbərlik etmişdir və etməkdədir.
Bildiyimiz kimi, 90-cı illərin əvvələrində SSR-nin çöküşü və keçmiş sovet respublikalarının da da müstəqilliyə can atması və xalqların öz taleylərinə biganə qalmayaraq başladıqları milli -azadlıq hərəkatları SSR-nin süqutunu gətirdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra , onun həyatında çox keşməkeşli bir dövr başladı. Dağıdılmış iqtisadiyyat, yenicə yaranmış dövlətdə dərinləşən siyasi böhran, Qarabağda baş qaldırmış erməni separatizmi və Ermənistan dövlətinin bu sadaladığım fürsətlərdəndən istifadə edərək ərazilərimizə təcavüz etməsi nəticəsində 90-cı ilin əvvələrində məhz torpaqlarımızın 20 faizini itirmiş olduq. Həmin dövrdə Ermənistanın təcavüzkar siyasətini pisləyən və Azərbaycan torpaqlarından erməni silahlı birləşmələrinin dərhal qeyd-şərtsiz çıxarılmalarını tələb edən BMT-nın Təhlükəsizlik Şurası tərəfindən 4 məlum qətnamə qəbul edildi. Ancaq nəin ki, bu qətnamələr, 1994 cü ilin dekabrın əvvələrində Budapeştə zirvə toplantısında yaradılmış, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəni nizama salınması ilə məşğul olacaq ATƏT-in Minsk qrupu bu otuz ilə yaxın bir müddətdə heç bir əməli işlə məşğul olmadılar. Yalnız boş-boş vəd verməklə bizdə arxayınçılq yaradıb, erməni tərəfinə vaxt qazandırmaqla münaqişəni dondurmaq və ststus-kvonu ermənistanın xeyirinə dəyişdirmək niyyətləri onların əsl mahiyyətlərini bizə bir daha göstərmiş oldu. Hələ 2017-ci ilin əvvələrində “Səs” qəzetində dərc edilmiş “ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyəti” başlıqlı məqaləmdə də onların fəaliyyətlərini sərt tənqid etmişəm və bu yaramazların münaqişəni sülh yolu ilə nizamlanmasına yardımçı olmayacaqlarını birdaha sübut etmişəm.
1993-cü ilin əvvələrində ölkədə dərinləşən siyasi böhran ovaxtkı AXC hakimiyyətini çətin duruma salmışdı. Bu çətin anlarda xalqımız üzünü Naxçıvana tutaraq öz xilaskarını- Heydər Əliyevi Bakıya dəvət etdi. 1993-cü ilin iyununda Bakıya gələn Heydər Əliyev xalqımızın tarixində yeni bir dönüş yaratdı. Heydər Əliyevin Azərbaycana qayıdışı müstəqilliyimizi itirmək dən və vətəndaş müharibəsinin başlanması təhlükəsindən xalqımızı xilas etdi. Bu gün məhz bu tarix xalqımızın tarixində “Milli Qurtuluş” günü kimi qeyd edilir . Heydər Əliyevin misilsiz xidmətləri və xalqın ona olan sonsuz sevgisi, Heydər Əliyev dühasını Azərbaycan xalqının Ümummilli lideri etdi.
Bu gün Ulu öndərin ruhu şaddır. Ulu öndərin arzuları artıq reallaşıb. Xalqımızın ən həssas məsələsi olan, itirilmiş torpaqlarımızın düşməndən azad edilməsi və ərazi bütövlüyümüzün bərpa edilməsi, məhz Ulu öndər siyasətinin davam etdirilməsi və əmin əllərdə olması nəticəsində mümkün olmuşdur. Bu siyasətin birinci bayraqdarı möhtərəm Prezidentimiz cənab İlham Əliyev olmuşdur. İlham Əliyevin rəhbərliyi ilə, qüdrətli və müzəffər Azərbaycan ordusunun şücayəti nəticəsində, müasir dövrün ən peşəkar döyüş həmlələri nəticəsində 44 gün ərzində düşmənə göz dağı verdik. Qəhrəman Azərbaycan oğulları elə bir hünər nümayiş etdirdilər ki, dünyanın hərb tarixi hələ bizim bu şanlı qələbəmizdən çox danışacaqdır.
Bu gün artıq işğaldan azad edilmiş ərazilərdə abadlıq quruculuq işləri , iri infrastrukyur layihələr uğurla icra edilmkdədir. Şuşa şəhərinin əvvəlki şöhrətinin qaytarılması istiqamətində çox uğurlu layihələr həyata keçirilməkdədir. Belə ki, tarixi-memarlıq abidələri, görkəmli şəxsiyyətlərin ev muzeyləri bərpa edilir, turizm məqsədilə otellər tikilir, bir sözlə şəhər infrastrukturunun yaradılması istiqamətində xeyli işlər görülməkdədir. Bu yaxınlarda Füzuli şəhərində Beynəlxalq Hava Limanının istifadəyə verilməsi regionun inkişafına yeni bir töhvə vermiş oldu. Ağdam şəhərində başlamış böyük quruculuq işləri və Zəngilan rayonunda həyata keçirilən “Ağıllı kənd” konsepsiyası Azərbaycanın uğurlu gələcəyindən xəbər verir. Bu yaxınlarda Zəngilan şəhərində istifadəyə veriləcək Beynəlxalq Hava Limanı uğurlu inkişafımıza bir daha yeni güc qatacaqdır və çoxdan gözlədiyimiz Zəngəzur dəhlizinin reallaşdırılmasını yaxınlaşdıracaqdır.
Prezident İlham Əliyevin mayın 4-də Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonuna təyin edilən xüsusi nümayəndəni videoformatda qəbul edərkən demişdir: “Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək plar ki, yerlə -yeksan etmişlər. Zəngilan şəhərində 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları-hərbçolər istifadə edirdilər. Zəngilanın bütün kəndləri yerlə yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybə cər sifətini bütün dünyaya göstərir. Zəngilanda Heydər Əliyev fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məsçidi indi əsaslı şəkildə təmir olunur. Bu məsciddən cəmi bir divar qalmışdı. Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur. Zəngilan rayonunda böyük turizm potensialı vardır. Gözəl meşələr, dağlar, bulaqlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir sərvət olacaq. Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. Otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaq”
Cənab Prezidentin qeyd etdiyi kimi, rayonlarda turizm potensialı digər rayonlarla uzlaşdırılmalıdır. Bəli, bölgələrdə turizmin inkişaf etdirilməsi qeyri neft sektorunun inkişafına xeyli təkan vermiş olacaqdır. Qardaş Türkiyə Respublikasının iqtisadiyyatını təhlil etdikdə görürük ki, burada büdcənin 50 faizinin formalaşdırılması turizmdən gələn gəlirlər hesabına mümkün olmuşdur. Bizdə də bu potensial mövcuddur, çalışmalıyıq ki, Zəngəzur dəhlizini istifadəyə verməklə bu potensialı iki və yaxud üç dəfə artırmış olaq. Zəngəzur dəhlizinin istifadəyə verilməsi region dövlətləri üçün, o cümlədən iqtisadiyyatı demək olar ki, xarici ianələr hesabına formalaşan Ermənistan dövləti üçündə yeni imkanlar açacaqdır. Zəngilan rayonunda Beynəlxalq Hava limanının istifadəyə verilməsi ilə , Zəngəzur dəhlizinin imkanları genişlənəcək, bölgədə beynəlxalq nəqliyyat-logistika mərkəzləri fəaliyyət göstərəcəkdir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə, vətənimizin bir parçası olan Naxçıvanla həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək, eyni zamanda, beynəlxalq yük daşımaları üçün yeni beynəlxalq bir yol olacaqdır. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Bu dəhliz həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır. Komunikasiyaların açılması nəticəsində Azərbaycan bölgədə iqisadi inkişafın qarantına çeviriləcəkdir. Nəticədə bu dəhliz vasitəsi ilə region dövlətləri xeyli mənfəət əldə etmiş olacaqdır. Bütün bu imkanlar hesabına Azərbaycan dövləti qarşıya qoyduğu rasional hədəflərə tez
Mürvət İbrahimov ,
tarixçi, Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin məsul işçisi