" />

İlhan Esen:”Ümid edirəm ki, digər Türk dövlətlərində də Türk Ağsaqqalları Birliyi kimi təşkilatlar yaradılacaq”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Türk dövlətinin minillik ənənəsində önəmli yeri olan ağsaqqallar türk milləti üçün hər zaman məsləhətçi rolunda çıxış edib, bilik və təcrübələri ilə millətimizə xidmət göstəriblər. Qardaş Azərbaycanda Türk Dünyasına xidmət edəcək Türk Ağsaqqalları Birliyinin (TAİB) qurulmasına çox sevindim. Azərbaycanın ziyalılarından təşkil olunan TAİB-in bilgi və təcrübələri ilə həm Azərbaycanın, həm də Türk dünyasının yoluna işıq salacağına əminəm”.

Bu sözləri Skandinaviya Türk Federasiyasının başqanı İlhan Esen Türk Ağsaqqalları Birliyinin yaranması ilə bağlı fikirlərini şərh edərkən bildirib.

İlhan Ersin digər Türk dövlətlərində də Türk Dünyasının inkişafına töhfə verəcək Birliklərin qurulmasını arzuladığını deyib.

“Ümid edirəm ki, digər Türk dövlətlərində də Türk Ağsaqqalları Birliyi kimi təşkilatlar yaradılacaq. Yaradılan qurumlar Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurası ilə birlikdə əməkdaşlıq edə bilər. Bu Birliklərin xətti ilə türk dünyası üçün gözəl layihələr həyata keçirə bilərik”.

Federasiya lideri Türk Ağsaqqalları Birliyinin qurulmasında rolu olan hər kəsə təşəkkürünü bildirib.

“Bu tarixi ənənənin Azərbaycanımızda reallaşması həm Azərbaycan, həm də türk dünyası üçün son dərəcə əhəmiyyətlidir. Türk Ağsaqqalları Birliyinə, Azərbaycan və Türk dünyasına xidmət yolunda böyük uğurlar arzulayıram”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR