Haqqımızda Əlaqə

“Fulya” sənədli filmi Ankarada təqdim olundu

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filminin oktyabrın 5-də İstanbulda, 9-da isə Ankara şəhərində premyerası keçirilib.

Agsaqqallar.com Mədəniyyət nazirliyinin rəsmi saytına istinadən bildirir ki, premyerada filmin qəhrəmanı,  tanınmış türkiyəli telejurnalist Fulya Öztürk, ölkəmizin Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin sektor müdiri Rüfət Əliyev, filmin prodüserləri –  “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov, “Dada Yapım” şirkətinin rəhbəri Özcan Dada, filmin yaradıcı heyəti, Ankarada yaşayan diaspora nümayəndələrimiz və digər qonaqlar iştirak ediblər.

Film 44 günlük Vətən Müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən Türkiyəli jurnalist Fulya Öztürk və operator Halil Kahramanın yaşadıqlarından bəhs edir.

Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur.

Filmin çəkilişləri bu ilin iyun ayında Bakı, Gəncə, Bərdə və Tərtər ərazilərində aparılıb.

Qeyd edək ki, filmin cari ilin oktyabr ayının ortalarından etibarən Azərbaycanın kinoteatrlarında nümayiş olunması nəzərdə tutulub.

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR