Dövlət başçısı: “Artıq bütün səylərimizi toplamışıq, bütün resurslarımızı səfərbər etmişik”
“Bütün kəndlər, bütün şəhərlər dağıdılıb. İndi biz onları minalardan təmizləməli, həmçinin paralel olaraq yenidənqurmaya başlamalıyıq”.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edərkən deyib.
“Biz artıq bütün səylərimizi toplamışıq, bütün resurslarımızı səfərbər etmişik. Böyük infrastruktur layihələrinə artıq başlanıb. Sizə bəlkə də bununla bağlı məlumat verilib. Biz onları yenidən quracağıq və düşünürəm ki, bu miqyasda dağıntıdan inkişafa, insanlar üçün layiqli yaşayış standartlarına doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik”, – dövlət başçısı vurğulayıb.
Oxşar Xəbərlər
- Türkiyəli məşhur iş adamı: “İlham Əliyev Qarabağda həyata keçirilən layihələrə xüsusi həssaslıqla yanaşır
- Bir qrup hərbçi “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi – SƏRƏNCAM
- Azərbaycan Prezidentinin təşəbbüsü əsasında BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyası başlayıb