Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonası yaradılacaq – SƏRƏNCAM
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 1 391 040 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılıb.
Oxşar Xəbərlər
- Nizami rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşıyan aztəminatlı ailələr üçün 31 Dekabr – Dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətiylə ilə təntənəli tədbir keçirilib
- 30 illik işğala son qoyulması TDT-nin uğurlarındandır
- DTX əməliyyat keçirdi: Suriyadakı terror qruplaşmasının üzvü ələ keçdi