Mövlud Çavuşoğlu: “Türkmənistanla Azərbaycan arasında əldə olunan razılaşmadan çox xoşbəxtik”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu türkmənistanlı həmkarı Rəşid Meredovla birgə Ankarada mətbuat konfransı keçirib.

Görüşün videosu Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) başçısının “Twitter” səhifəsində yerləşdirilib.

M.Çavuşoğlu bildirib ki, Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nu yüksək qiymətləndirirlər:

“Xəzər dənizindəki “Dostluq” yatağında Türkmənistanla Azərbaycan arasında əldə olunan razılaşmadan çox xoşbəxtik”.

O əlavə edib ki, Türkiyə şirkətləri də bu bölgədə və Xəzər dənizində əməkdaşlığa hazırdır.

Mövlud Çavuşoğlu həmçinin vurğulayıb ki, hazırda bölgənin inkişafı və təhlükəsizliyi üçün fürsətlər yaranıb:

“Ermənistan və erməni xalqı bu istiqamətdə hərəkət edərsə, bölgənin sabitliyi və iqtisadi inkişafından ən çox faydalanacaq tərəf olacaq. Ermənistanın atacağı müsbət addımlara Azərbaycanla koordinasiyalı şəkildə müsbət cavab verəcəyik”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR