Haqqımızda Əlaqə

Bəhram Şeydayev: “Bu gün biz sinəmiz qabarıq, fəxarətlə Qarabağa boylanırıq”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu günlərdə redaksiyamızın qonaq olan Qarabağ veteranımız Bəhram Şeydayev baş redaktor Şərafət Şəfa ilə həmsöhbət olub. O, Qarabağın azadlığından danışarkən, zəfərdən söz açarkən kövrəldiyini gizlətməyib. 

“ Bu gün bütün xalq, yatan, nigaran ruhlar oyanıb. Hamı bir ağızdan “Qarabağ!”-deyir. Bu zəfərlər, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlıda dalğalanan bayraqlar bizim arzularımızın gerçəkliyidir. Duyğular o qədər pərvazdır ki, cəbhədə olan hər zabiti, hər əsgəri bağrıma basmaq istəyirəm. Haqq savaşında qurban gedən Vətən övladlarının ruhuna su çiləndi, qisasları alınır. Bu tarixi yaşamaqdan gözəl nə ola bilər?!”.

O, qeyd edib ki, Ali Baş Komandanın əmrini gözləyir. Hərbi vəziyyətdə, ehtiyac duyulduğu anda cəbhəyə atılmağa hazırdır.

“ Bizim təşkilatın bütün üzvləri I Qarabağ savaşının döyüşçüləridirlər. Onlar da savaşa hazır vəziyyətdədirlər. Bizə bu günü yaşadan, zəfərlərin sevincini daddıran Ali Baş Komandanımıza təşəkkür edirik. Var olsun ki, bu qara ləkəni sildi adımızdan! Onun böyük, siyasi iradəsilə tarixə yazdığı bu möhtəşəm günlər xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Qüdrətli Türk sərkərdəsi kimi əsrlərlə, minilliklərlə adı qalacaq tarixdə. Həqiqətən də, bu gün “Xalq-İlham, İlham-xalq” birliyinin nə qədər möhkəm olduğunu gördük. Xalqımızın rəşadətini, mətinliyini gördük!”- deyə B. Şeydayev bildirib.

Qeyd edək ki, B. Şeydayev Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Yasamal rayon təşkilatının sədri, I Qarabağ savaşının qəhrəmanlarındandır. O, xidmətlərinə görə bir neçə medal və ordenlə təltif olunub.

Xətai,

Agsaqqallar.az

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR