Bakıda xəstəxanada 33 tibb işçisi koronavirusa yoluxdu
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasının koronavirusa yoluxan tibb işçilərinin sayı məlum olub.
ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova olaraq bildirib ki, koronavirusla mübarizə dövründə Tədris-Cərrahiyyə Klinikasında 33 tibb işçisi COVID-19-a yoluxub:
“Onlardan altısı sağalaraq evə yazılıb. Hazırda 27 tibb işçisi müalicəsini davam etdirir. Həmin şəxslərin 21-i xəstəxananın reanimasiya şöbəsinin əməkdaşlarıdır. Səkkizi həkim və ya həkim-rezident, 13 nəfəri isə orta personaldır”.
G.Aslanova qeyd edib ki, hazırda müalicə alan tibb işçilərindən altısının vəziyyəti ağırdır:
“İşçilərdən 15-nin vəziyyəti orta ağır, altısının vəziyyəti isə yüngüldür”.
Oxşar Xəbərlər
- TAİB-in Qadınlar Şurasının sədri, tarix elmlər doktoru Güllü Yoloğlu: “Bizim istəyimiz, əslində həm də Azərbaycan vətəndaşı olan Qarabağ ermənilərinin xeyirinədir”
- Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə təsdiqlənib
- Mikayıl Cabbarov israilli nazirlə müzakirələr aparıb



