Müdafiə naziri: “Çağırışçılar arasında koronavirusa yoluxma qeydə alınıb”
![](http://agsaqqallar.com/wp-content/uploads/2020/06/Screenshot_19.png)
“Koronavirus dünyəvi bir problemdir. Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusunda dərhal karantin tədbirləri həyata keçirildi, bütün şəxsi heyət karantinə alındı, hərbi hissələrə giriş-çıxış məhdudlaşdırıldı. Hətta təminata gedən texnikalar dezinfeksiya olundu”.
Bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov REAL-a müsahibəsində Azərbaycan Ordusunun pandemiya dövründəki fəaliyyəti, əsgərlərin səhhəti və döyüş ruhu ilə bağlı sualı cavablandırarkən deyib.