Ramin Əhmədov: “Dağılmaq üzrə olan ölkəni yalnız Heydər Əliyev xilas edə bilərdi”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Ölkəmizdə sabitliyin, çiçəklənmənin və demokratik siyasi sistemin təməllərinin qoyulduğu 15 iyun Milli Qurtuluş gününü Azərbaycan xalqı həmişə böyük təntənə ilə qeyd edir. Bu tarixi hadisə xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Çünki Azərbaycanda siyasi sabitlik yalnız Ümummilli Lider Heydər Əliyevin qayıdışı sahəsində əldə olundu. Əminliklə deyə bilərik ki, Ulu Öndər Azərbaycan xalqını milli qırğından, millət kimi məhv olmaqdan xilas etdi. Bu tarixi hadisə mütləq gələcək nəsillərə təbliğ olunmalıdır”.

Bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov 15 iyun Milli Qurtuluş gününün tarixi əhəmiyyəti ilə bağlı danışarkən deyib.

YAP rəsmisi müasir Azərbaycan tarixinin ən mühüm tarixi hadisəsi barədə danışarkən qeyd edib ki, AXC-Müsavat hakimiyyətinin ölkəmizdə yaratdığı hərc-mərcilik və anarxiya gənc Respublikamızı ağır vəziyyətdə salmışdı: “Yarıtmaz idarəçilik nəticəsində ölkəmizin Şimalında, Cənubunda və Dağlıq Qarabağ regionunda separatçılıq meyillərini artmışdı. Ölkədə hərc-mərcilik baş alıb gedirdi, qeyri-peşəkarlar yüksək vəzifələrə gətirilirdi. Nəticədə Dağlıq Qarabağ və ətrafındakı 7 rayon itirildi, iqtisadiyyatımız tənəzzülə uğradı, ölkədə daxili siyasi gərginlik artdı, kütləvi itaətsizlik halları çoxaldı. Vəziyyət get-gedə gərginləşdi. O zamankı hakimiyyətin səriştəsiz idarəçiliyi nəticəsində Gəncədə Sürət Hüseynovun qiyama qalxması ilə isə ölkədə vətəndaş qarşıdurmasının təməli qoyuldu. Nəhayət, xalq gənc Respublikamız üzərində hansı oyunların qurulduğunu anladı. Ölkə əhalisinin son ümidi illərin sınanmış lideri Ulu Öndər Heydər Əliyev idi. Məhv olmağa məhkum edilmiş ölkəni yalnıx O xilas edə bilərdi. Xalqın təkidi ilə Heydər Əliyev Bakıya dəvət olundu. Ulu Öndər Bakıya qayıdan kimi xalqın xeyirinə qərarlar qəbul etdi və vəziyyətin normallaşmasına nail oldu”.

Ramin Əhmədov qeyd edib ki, Ulu Öndərin səyləri nəticəsində Azərbaycan parçalanmaqdan, müstəqilliyini itirməkdən xilas olunub: “Heydər Əliyevi xalqa sevdirən onun qətiyyəti və milli birliyimiz üçün verdiyi strateji qərarlar idi. Məsələn, iqtisadiyyatımız tənəzzülə doğru getdiyi bir vaxtda, “Əsrin Müqaviləsi”nin imzalanması Ulu Öndərin Azərbaycan xalqı üçün etdiyi ən böyük fədakarlıqlardan biridir. Bu müqavilənin imzalanması üçün Heydər Əliyev ortaya iradə qoydu. Onun uzaqgörən qərarları nəticəsində Azərbaycan iqtisadiyyatı dircəldi, siyasi nüfuzu daha da artdı. Həmçinin Ümummili Lider Dağlıq Qarabağ müharibəsinin gərgin vaxtında atəşkəsin elan edilməsinə nail oldu. Bu isə bizə güclü və nizamlı ordu yaratmağa imkan verdi”.

Ramin Əhmədov bildirib ki, prezident İlham Əliyev Heydər Əliyevin siyasi kursunu davam etdirib və Azərbaycan iqtisadiyyatının, dünyadakı nüfuzunun daha da artmasına öz töhfəsini verib: “Dövlət başçımız İlham Əliyev Azərbaycanın inkişafı yolunda mükəmməl iqtisadi sistem qurub və bu sistem çox dayanıqlıdır, heç bir mənfi iqtisadi təlatüm inkişafımıza mane ola bilməz. Biz tam əminliklə deyə bilərik ki, Azərbaycan bundan sonra da böyük uğurlara imza atacaq. Bizim inkişafımızın qarşısını heç bir güc ala bilməz”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR