" />

Azər Kərimli:”Azərbaycan heç bir zaman erməni xalqına qarşı nifrət və terrorizm siyasəti sürməyib”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“22 mart 2021-ci il tarixində Avronest Parlament Assambleyasının Büro iclası keçirilmişdir. Büro İclası 19-20 aprel 2021-cil tarixlərində keçiriləcək Plenar sessiyaya hazırlıq xarakteri daşıyırdı.
İclasın əsas hissəsi aprelin sonunda keçiriləcək Plenar sessiyanın proqram,gündəlik və komitələrin qərar layihələrinin müzakirəsinə həsr edilmişdi.
Üzv nümayəndə heyətləri fikir mübadiləsi aparmış,proqram və gündəlik layihələrini təstiq etmişdir”.
Bu sözləri Milli Məclisin deputatı Azər Kərimli jurnalistlərə  açıqlamasında deyib. O, bildirib ki, müzakirələr zamanı Ermənistan nümayəndə heyətinin rəhbəri Viktor Yengibaryan da çıxış edib. O çıxışı ilə bir daha nümayiş etdirdi ki, Ermənistan 44 günlük müharibədəki ağır məğlubiyyəti ni qəbul edə bilmir və regiondakı yeni reallıqlarla barışmaq istəmir.
“Erməni millət vəkili revanşizm dolu hisslərlə Azərbaycan Respublikasına qarşı əsassız iddialar irəli sürdü. Ölkəmizin barışa və yeni dövrə hazır olduğu halda, Azərbaycanı erməni dinc əhalisinə qarşı terror törətməkdə və Vətən müharibəsi zamanı suriyalı muzdlular istifadə etməkdə günahlandırdı. Mən Azərbaycan Milli Məclisinin Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri kim çıxış etdim və erməni həmkarımın əsassız fikirlərinə cavab verdim. Büro üzvlərinə bildirdim ki, Azərbaycan heç bir zaman erməni xalqına qarşı nifrət və terrorizm siyasəti sürməyib və bundan sonra da bütov Azərbaycan sərhədlərində birgə yaşamağa hazırdır. Bu istiqamətdə artıq addımlar atıldığını da vurğuladım. Nümunə olaraq, bu gün belə Bakıda 30 min erməni əhalisinin sülh içində yaşadığını həmkarlarıma çatdırdım”
Nümayəndə Heyətinin rəhbəri onu da bildirib ki, büro üzvlərinin diqqətinə onu da çatdırıb ki, Azərbaycanın 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanatdan irəli gələn bütün öhdəlikləri yerinə yetirilib və müharibə əsirləri  Ermənistan tərəfinə vaxtında qaytarılıb.
Bunun Azərbaycanın sülhsevər siyasətinin bariz nümunəsi olduğunu bildirən millət vəkili Azər Kərimli , bunların əksinə olaraq Ermənistan tərəfinin isə Qarabağ ərazisinə silahlı dəstələr göndərməyə davam etməsini və minalanmış ərazilərin xəritəsini hələ də təqdim etməməsini Büro iştirakçılarının diqqətinə çatdırıb.
“Çıxışımın sonunda erməni həmkarlarımın revanşzm hissləri ilə dolu davranışlarının Avronest PA-nın ümumi ruhuna zidd olduğunu və Plenar sessiyanın səmərəli keçməsinə xələl gətirə biləcəyini iclas iştirakçılarına xüsusilə bildirdim”- deyə A. Kərimli vurğulayıb..

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR