Prezidentdən azad edilmiş ərazilərin bərpası ilə bağlı FƏRMAN

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə aşağıdakı səlahiyyətlərin həyata keçirilməsi müvəqqəti olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilir:

– tikinti məqsədləri üçün torpaq sahələrinin istifadəyə və ya icarəyə verilməsi;

– Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi, məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri müvafiq ərazinin planlaşdırılması tələblərinə uyğunluğunun müəyyən edilməsi, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektinin inşasının başa çatması barədə müvafiq məlumatların Tikintilərin Dövlət Reyestrinə təqdim edilməsi, habelə icazələrin verilməsindən və uyğunluğun müəyyən edilməsindən irəli gələn digər səlahiyyətlərin həyata keçirilməsi;

– tikinti məqsədləri üçün ayrılması nəzərdə tutulan torpaq sahələrinin kateqoriyalara aid edilməsi və ya onların bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılması.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR