Ərdoğan Azərbaycanla mühüm ticarət sazişini təsdiqlədi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni təsdiqləyib.

Türkiyə liderinin “Resmi Gazete”də yayımlanan müvafiq qərarı əsasında saziş qüvvəyə minib.

Xatırladaq ki, sənədi Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 2020-ci ilin fevralın 25-də Bakıda keçirilən VIII iclası çərçivəsində Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin ticarət naziri Ruhsar Pekcan imzalayıblar.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR