Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının Ankara görüşünün proqramı açıqlanıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin sabah Ankarada keçiriləcək 5-ci üçtərəfli görüşünün proqramı açıqlanıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkmənistan XİN başçısı Rəşid Meredovun iştirakı ilə həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçiriləcək.

Görüşlərdə ölkələr arasındakı münasibətlər və regional proseslərlər ilə əməkdaşlığı daha da inkişaf etdirmək üçün atıla biləcək addımlar müzakirə olunacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistan XİN baççısını qəbul edəcəyi gözlənilir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR