Azərbaycan ilə Yaponiya arasında ikiqat vergitutma aradan qaldırılır – FOTO

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Yaponiya ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya müzakirə edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında bildirilib ki, son illər ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənib.

Belə ki, Azərbaycanın imzaladığı 55 sazişdən 54-ü qüvvəyə minib. Qalan 1 saziş isə müvafiq prosedurlar tamamlandıqdan sonra qüvvəyə minəcək.

Qeyd edilib ki, ölkələrimiz arasında yeni Konvensiyanın bağlanması həm Yaponiya, həm də Azərbaycan sərmayəçilərinə əlverişli şəraitin yaradılması və xarici iqtisadi fəaliyyətin təşviqi baxımından böyük əhəmiyyət kəsb edəcək. Eyni zamanda, Konvensiya layihəsi hər iki ölkənin vergi orqanları arasında vergilərdən yayınmanın qarşısının alınması sahəsində əməkdaşlıq və məlumat mübadiləsinin təşkil edilməsini təmin edəcək.

Yaponiya tərəfi Azərbaycanın bu təklifini yüksək qiymətləndirib və Konvensiya layihəsi üzrə müzakirələrin aparılması üçün hər iki ölkənin səlahiyyətli qurumlarının ekspertləri arasında görüşün təşkil olunmasını məqbul hesab edilib.

Fevralın birinci ongünlüyündə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ekspertləri ilə Yaponiyanın Maliyyə Nazirliyinin ekspertləri arasında videokonfrans vasitəsilə görüş təşkil olunub və Konvensiya layihəsi üzrə müzakirələr aparılıb.

Qarşılıqlı anlaşılma mühitində keçən danışıqlarda Konvensiyanın əsas müddəaları müzakirə edilib. Konvensiya layihəsi üzərində iş davam edəcək.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR