“YAŞAT” Fondu bir qazinin, iki şəhidin ailə üzvlərinin əməliyyat xərclərini qarşıladı
“YAŞAT” Fondu tərəfindən qazimiz Elgün Cənnətlinin, şəhidimiz Xalid Məcdunovun anası Xalidə Məcdunovanın, şəhidimiz Rəşad Şiriyevin anası Səadət Şiriyevanın əməliyyat xərcləri qarşılanıb.
Bununla bağlı Fond məlumat yayıb.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid:
https://yashat.gov.az/report/tableau