Hikmət Hacıyev: “Yaxın günlərdə Naxçıvan-Mehri kommunikasiya xətti müzakirə ediləcək”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağdakı qalibiyyətdən sonra Azərbaycan-Türkiyə əlaqələrinin perspektivini şərh edib.

H.Hacıyev “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda deyib ki, Vətən müharibəsi bütün regionun geniş mənada geosiyasətini dəyişdirdi.

O bildirib ki, əməkdaşlığa və inkişafa yönəltmək istiqamətində Türkiyə ilə Azərbaycan qarşısında mühüm vəzifələr durur.

“Türkiyə Cənubi Qafqazın hər üç ölkəsi ilə həmsərhəddir. Türkiyə bölgədə əldə olunmuş kövrək sülhün davamlı sülhə çevrilməsində mühüm rol oynamalıdır. Azərbaycanla Türkiyənin sıx birliyi üçün möhkəm zəminlər var”, – deyə H.Hacıyev əlavə edib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan ilə Türkiyə TAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi qlobal layihələri birgə həyata keçirib.

Prezidentin köməkçisi qeyd edib ki, vaxtı ilə bir çox skeptiklər Azərbaycanın və Türkiyənin birgə layihələrinin reallaşacağına inanmırdı.

O,  Azərbaycan-Türkiyə əlaqələrinin Gürcüstanın inkişafına müsbət təsirini də vurğulayıb, gələcəkdə Ermənistanın da tranzit ölkəyə çevrilə bilmək ehtimalından söz açıb.

“Naxçıvandan Mehriyə kommunikasiya xəttinin açılması da yaxın günlərdə müzakirə ediləcək. Bununla Ermənistan tranzit ölkəyə çevrilə bilər”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR