Qarabağda həyat canlanır: Yeni “DOST” Mərkəzləri və… – RƏSMİ
“2021-ci ildə daha iki “DOST” Mərkəzinin açılışı planlaşdırılır”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
Onun sözlərinə görə, yeni mərkəzlər Binəqədi və Abşeron rayonunda olacaq:
“Quba və Bərdə rayonlarda “DOST” mərkəzlərin açılması üzrə işlərə başlanılacaq. 2025-ci ilə qədər 31 “DOST” Mərkəzi istifadəyə verilməklə, bütün respublikanı əhatə edəcəyik”.
“İşğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun canlanması, sosial xidmət müəssisələrinin bərpası istiqamətində də planlarımız var. Qarabağda “DOST” Mərkəzləri, Sosial reabilitasiya müəssisələrinin açılması planlaşdırılır”, – deyə o əlavə edib.
Oxşar Xəbərlər
- Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib
- TAİB nümayəndələri Daşkənddə Beynəlxalq Türk Akademiyasının təşkil etdiyi konfransda iştirak ediblər – Fotolar
- TAİB-in İdarə Heyətinin üzvü, Suriya Türkmən Həkimlər Dərnəyinin sədri, müstəqil araşdırmaçı Dr.Muxtar Fateh Bəydili: “Biz türkmən xalqı da aksiyaya dəstək mesajımızı veririk”