Azərbaycanda daha 31 nəfər koronavirusdan öldü: 802 yeni yoluxma – FOTO
Azərbaycanda koronavirusa (COVID-19) 802 yeni yoluxma faktı qeydə alınıb, 2 479 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 31 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 19 396 nəfərə çatıb.
Ölkədə son sutka ərzində 8 435, hazırkı dövrədək isə 2 222 629 test aparılıb.
Ümumi ölənlərin sayı 2 792 nəfərdir.
Ümumi yoluxanların sayı 221 401 nəfər, ümumi sağalanların sayı 199 213 nəfərdir.