Türkiyədə koronavirusu 10 saniyəyə müəyyən edən cihaz hazırlandı
Türkiyəli alimlər qabaqcıl optik texnologiyadan istifadə edərək cəmi 10 saniyədə koronavirus infeksiyasını müəyyən edən cihaz hazırlayıblar.
Bu barədə cihazın hazırlandığı Bilkent Universitetinin rəsmi veb-saytında məlumat verilib.
“Bu cihazla ağız suyundan götürülən nümunədə ən geci 10 saniyə ərzində COVID-19 infeksiyasına səbəb olan virusu aşkar etmək olar”, – deyə açıqlamada qeyd olunub.
Cihaza “Diagnovir” adı verilib.
Cihaz aparılan pre-klinik tədqiqatlarda virusların aşkarlanmasında 99% effektivlik göstərib.
“Diagnovir”in kütləvi istehsalına başlayacağı planlaşdırılır.