Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əmək haqqı əlavələri ödənildi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli qərarına əsasən noyabr ayı üçün tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumatda qeyd edilir ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1618 tibb işçisinə 1, 4 mln manat məbləğində müddətli əlavə ödənilib.

Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq verilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR