Ordumuz Qafan aeroportunun 200 metrliyinə qədər irəliləyəcək – Erməni terror qruplaşmaları döyüş mövqelərini tərk edir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Erməni silahlı dəstələri – terror qruplaşmaları Ermənistanın Qafan rayonu ilə həmsərhəd olan işğaldan azad olunmuş Azərdaycan ərazilərindəki döyüş mövqelərini tərk edirlər.

Missiya.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə açıqlama ilə Qafanın meri Qevork Parsyan çıxış edib. Onun sözlərinə görə, “könüllü döyüşçülərin” mövqeləri tərk etməli olduqları barədə göstəriş Ermənistan müdafiə nazirliyindən verilib.

Qeyd edək ki, bu gün Qafan rayonu sakinləri sözügedən ərazilərin və strateji yüksəkliklərin tərk edilməsi barədə göstərişə etiraz olaraq aksiya keçiriblər. Aksiya iştirakçıları bildiriblər ki, döyüş mövqelərinin tərk edilməsi Qafanı “ciddi təhlükə qarşısında” qoyur. Qafan meri aksiya iştirakçılarını dəstəklədiyini deyərək, bundan sonrakı düzəni belə təsvir edib: “Tərk etdiyimiz mövqelər Qafan və ətraf kəndlər üçün təhlükəsizlik zolağı idi. Artıq bu zolaq yoxdur. Azərbaycan Ordusu Qafanın 1 kilometrliyində, hava limanın isə 200-300 metrliyində olacaq. Bizim kənd yollarımız blokadaya düşəcək”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR