Ölkədə pandemiya xəstələri üçün ayrılan xəstəxanaların sayı bilindi
“Hazırda ölkədə 47-48 tibb müəssisəsi pandemiya ilə mübarizə üçün ayrılıb”.
Bunu mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, bu gün ölkədəki xəstəxanaların xəstələrə kifayət qədər yardım göstərmək imkanı var: “Evdə müalicəyə cəhdlə bağlı ağırlaşma halları çoxdur və reanimasiyada sıxlıq yaşanır. Pandemiya üçün ayrılan xəstəxanalarda koronaviruslu xəstələrə yardım edilir. Paralel olaraq digər xəstəliklər də var və biz onlarla da mübarizəmizi davam etdiririk. Həmçinin, qazilərimizin də müalicəsi davam edir”. O qeyd edib ki, kimlər çətinliklə üzləşərsə, mütləq TƏBİB-lə əlaqə saxlamalıdırlar.