Yeni mərhələdə yeni inkişaf imkanları: Dövlətimizə güvənməli, birliyimizi qorumalıyıq – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərin və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər rayonlarının ardınca Laçın rayonu da Azərbaycana təhvil verildi. Laçın rayonunun Azərbaycana qaytarılması böyük tarixi hadisədir. Çünki Ermənistan hakimiyyəti Laçın və Kəlbəcəri Dağlıq Qarabağ regionuna dəhliz hesab edirdi və həmin əraziləri qaytarmaq istəmirdi. Elə bu səbəbdən, Laçın rayonu böyük strateji əhəmiyyət kəsb edir”.

Missiya.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini, “Missiya Media Qrupu”nin rəhbəri, “Türk Dünyası Ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov Laçının Azərbaycana təhvil verilməsi və regionda yaranmış yeni reallıqlarla bağlı sosial şəbəkədə paylaşdığı statusda qeyd edib.

R.Əhmədov daha sonra yazıb: “Cənab Prezident xalqa son müraciətində də Laçınla bağlı bir sıra məsələrdən geniş şəkildə bəhs etdi və məlum oldu ki, Ermənistan rəhbərliyinin Laçın rayonunu Azərbaycana qaytarmaq fikri olmayıb. Ölkə başçısının danışıqlar prosesi ilə bağlı açıqladığı detallardan bir daha məlum olur ki, Laçın rayonunun Azərbaycana təhvil verilməsi, xüsusilə də bir güllə atmadan Ordumuzun nəzarətinə keçməsi Ali Baş Komandanın uzun illər ərzində göstərdiyi böyük siyasi iradənin, qətiyyətin, prinsipiallığının nəticəsidir. Azərbaycan Prezidentinin dəmir siyasi iradəsi Ermənistanı döyüş meydanında olduğu kimi, diplomatik sferada da məğlubiyyətə düçar edib.

Məlumdur ki, 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsi dövründə regionun bütün kommunikasiya xətləri kəsilib, Ermənistanla Türkiyə, Azərbaycanla Ermənistan arasında heç bir nəqliyyət və iqtisadi əlaqə olmayıb. Bundan başqa, Ermənistan, işğalçılıq siyasəti nəticəsində uzun illər bütün regional və qlobal enerji layihələrindən kənarda qalıb. Hazırda Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb. Dağlıq Qarabağ münaqişəsinin həll olunması regionun həm iqtisadi, həm də siyasi səhnəsində yeni dövrün yaranmasına səbəb olub. Tərəddüdsüz deyə bilərik ki, Azərbaycanın gücü, potensialı imkan verəcək ki, işğalda azad edilmiş ərazilərin sürətli inkişafı təmin olunsun, bölgədə iri infrastruktur layihələri reallaşdırılsın, orada yaşayan əhalinin rifah halının yaxşılaşdırlması istiqamətinə zəruri addımlar atılsın, dövrün tələblırinə cavab verən sosial proqramlar icra olunsun. Sözssüz ki, bütün bu addımların regionun bütün sakinləri, o cümlədən Qarabağda yaşayacaq ermənilər üçün də yeni perspektivlər yaradacaq. Ölkə başçısı çıxışlarında dəfələrlə deyib ki, Dağlıq Qarabağın erməni əhalisi də Azərbaycan vətəndaşlarıdır. Odur ki, regionun inkişafı onların da həyat tərzinə, sosial vəziyyətinə müsbət təsir göstərəcək.

Artıq qədəm basdığımız yeni mərhələ ölkəmizin gələcək inkişafı üçün böyük imkanlar yaratmaqla yanaşı, bizim də vətəndaş olaraq məsuliyyətimizi artırır. Müharibə günlərində olduğu kimi, yeni dövrdə də birlik, həmrəylik, güclü iradə göstərmıliyik. Dövlətimizin yürütdüyü siyasətə dəstəyimizi daha da artırmalı, gələcək hədədlərimizə doğru inamla irəliləməliyik”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR