“Qalmasın yurdumda düşmənin izi!”-Cəlil Cəlilov
Qarabağ uğrunda çağırır döyüş!
Bu döyüş olacaq həm də son döyüş !
Çatacaq Vətənin dadına hər kəs
Əsgərəm ! – deməyən – qoy olsun nakəs!
Qorusun davada Yaradan bizi
Qalmasın yurdumda düşmənin izi !
Rədd olsun, cəkilsin bu acgöz düşmən
Torpaqdan pay olmaz! – anlasın həmən !
Bizimlə sirdaşdır – bir yerə vurar
Həm Ləzgi , həm Talış, həm də ki Avar !
( Ölkəmdə yaşayan mehriban xalqlar )
Türk ilə qardaşam ! – söyləsə hər kəs
Qələbə gününə aparar bu səs!
Yetirin ellərə siz bu salamı,
Müqəddəs davaya qoşulsun hamı !
Döyüşdə vurulsam, axsa da qanım,
Düşməndən qurtular Azərbaycanım !
Leytenant Cəlil Cəlilov