" />

TBMM Azərbaycanla bağlı sənədi bu gün TƏSDİQ EDƏCƏK

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim olunub. Türkiyə Böyük Millət Məclisi Azərbaycan üçün xüsusi gün olan – 17 noyabr Milli Dirçəliş Günü münasibətilə sənədi təsdiq edəcək”.

Bu barədə məlumatı TÜRKSAM-ın sədri Sinan Oğan verib. 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilən qanun layihəsində Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün apardığı mübarizəsinin illərdir davam etdiyi qeyd olunub.

Layihəyə əsasən,Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR