Dünyanın hər yerindən Prezidentə yazırlar….
Hörmətli cənab Prezident.
Azərbaycanın 30 ildir işğal altında olan torpaqlarını geri qaytarmaq üçün başladığı mübarizəni bütün qəlbimizlə dəstəkləyirik.
Ürəyimiz “iki dövlət, bir millət” anlayışı ilə hər mübarizədə Sizin üçün döyünməkdədir. İşğal altındakı torpaqlar mütləq geri alınacaqdır. Başqa bir alternativ fikirləşmirik. Bu mübarizədə şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyirik.
Qələbə mütləq və mütləq Azərbaycanın olacaqdır.
Bu münasibət ilə Sizi Ali Baş Komandan kimi təbrik edirik.
Azərbaycan varsa, Türkiyə var, Türkiyə varsa, Azərbaycan var.
Bir daha Türkiyə Hotel, Restoran, İstirahət Mərkəzləri İşçilərinin (TOLEYİS) Həmkarlar İttifaqının Ali Məclisinin üzvləri olaraq haqq mübarizənizi dəstəklədiyimizi bildiririk.
Hörmətlə,
Cemail Bakındı – TOLEYİS Həmkarlar İttifaqının sədri
Yusuf Kutlu – TOLEYİS Həmkarlar İttifaqının sədr müavini
Ali Şahin – Maliyyə idarəsinin katibi
Cemalettin Kelten – TOLEYİS Həmkarlar İttifaqının sədrinin müavini
Yücəl Köksal – Baş Katib
Taner Şener – Ankara Bölgəsinin sədri
Yusuf Erbaş – Mərmərə Bölgəsinin sədri
Murat Bakındı – Mərmərə Bölgəsi sədr müavini
Taner Şəkər – Anadolu bölgəsinin sədri
Mustafa Çəlik – İzmir şöbəsinin sədri
Mətin Sav – Adana şöbəsinin sədri
Mustafa Öksüz – Ankara bölgəsinin katibi
Türkiyə Respublikası, İstanbul şəhəri.
—————————————————————————————
Hörmətli Prezident, əziz oğlum.
Sizə sevgilərimi və haqq işinizdə qələbələriniz üçün dua etdiyimi bildirmək istəyirəm. Tarix daim haqqın sonda qələbə çaldığının şahidi olur, biz də Sizin qələbələrinizin şahidi olacağıq. 87 yaşımda bu günləri görmək mənim üçün böyük səadətdir.
Bu gün xalqınız Sizin ətrafınızda səfərbər olub. Bütün dünya müsəlmanlarının da duaları Sizinlədir, zəfəriniz üçündür.
Allahın lütfü ilə qalib olar, torpaqlarınıza qovuşarsınız, İnşallah!
Hörmətlə,
Bayraməli Çakıroğlu,
Türkiyə Respublikası, İstanbul şəhəri.
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Norveçdəki “CAN” Azərbaycan diaspor təşkilatının və ailəmizin üzvləri adından Sizə dərin hörmətimizi və minnətdarlığımızı bildiririk.
Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təcavüzü, Azərbaycan xalqının öz torpaqlarının azadlığı uğrunda Vətən müharibəsinə başlaması dünyada yaşayan azərbaycanlıları da ayağa qaldırmışdır. Bu gün dünya azərbaycanlıları Sizin ətrafınızda birləşərək daxili və xarici siyasətinizi dəstəkləyir.
Sizin qətiyyətiniz sayəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün Milli Ordumuz cəsarətlə mübarizə aparır. Bu gün rəşadətli Azərbaycan Ordusuna xalqımız hərtərəfli dəstək verir. Azərbaycan xalqının güc birliyindən qürur hissi duyuruq.
Biz inanırıq ki, Sizin əzminiz sayəsində Azərbaycan ordusu BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla bağlı çıxardığı qətnamələrə necə hörmətlə yanaşmağın vacib olduğunu bütün dünyaya göstərəcək. Dövlətimizə, xalqımıza bu haqq işində, şərəfli mübarizədə zəfər arzulayır və daim bütün gücümüzlə başda Siz olmaqla Azərbaycan dövlətinin, ordusunun yanındayıq.
Şəhidlərimizə Allahdan rəhmət diləyirik və yaralılarımıza Allahdan şəfa diləyirik.
Tanrı xalqımıza bu müqəddəs işdə yardımçı olsun.
Dərin hörmət və ehtiramla,
Şervin Nəcəfpur
Norveçdəki CAN Azərbaycan diaspor təşkilatının sədri
Atabəy Nəcəfpur
Norveçdəki CAN Azərbaycan diaspor təşkilatının İdarə Heyətinin üzvü
Norveç Krallığı, Oslo şəhəri.
—————————————————————————————–
Hörmətli Prezident, hamımız üçün dəyərli, böyük insan İlham Əliyev!
Mən Türkiyə Respublikasının vətəndaşıyam. Ermənistanın ölkənizə hücumunun qarşısını almaq üçün başladığınız əməliyyatları həyəcanla izləyir, Sizlər üçün dualar edirəm.
Can dediyimiz, Vətən bildiyimiz Azərbaycan üçün əlimizdən gələni etməyə, əsgərlərinizlə çiyin-çiyinə dayanmağa hazıram.
Zəfər xəbərlərini gözləyirik!
Hörmətlə,
Görkem Büyükdağ.
Türkiyə Respublikası, Van şəhəri.
——————————————————————————————–
Əziz və çox hörmətli Prezident İlham Əliyev.
Gördüyünüz işlərə görə Sizə çox minnətdarıq. Sizin siyasətiniz Azərbaycan Respublikasının tərəqqisinə və rifahına xidmət edir.
Mən Moskva şəhərində universitetdə təhsil alıram. Xarici ölkədə yaşayan hər bir azərbaycanlı kimi, öz xalqımızın mədəniyyətini təmsil edirəm. Qəlbimiz, ruhumuz Sizinlədir, Vətənimizin mənafeyini qorumağa hər zaman hazıram.
Mənim ailəm Xocavənd rayonundan köçkündür. Bütün xəbərləri diqqətlə izləyirik. Əsgərlərimizin uğurlarını eşitdikcə sevincimizin həddi-hüdudu olmur. Ailəmiz şanlı Azərbaycan Ordusunun tezliklə Qələbə qazanacağına əmindir. Biz mütləq öz doğma torpaqlarımıza qayıdacağıq.
Sizin rəhbərliyinizlə Azərbaycan Ermənistan üzərində zəfər çalacaq. İnşallah o gün gələcək və bütün qaçqınlar doğma yurdlarına dönəcəklər.
Allah Sizi və Ordumuzu Qorusun!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
İbrahimov Cavid İlqar oğlu.
Rusiya Federasiyası, Moskva şəhəri.
————————————————————————————–
Çox hörmətli cənab Prezident!
İcazə verin, hazırda baş verən faciəli hadisələrlə əlaqədar sizlərlə həmrəy olduğumu Azərbaycan xalqına və şəxsən Sizə bildirim.
Sizin kimi mən də MDBMİ-nin məzunuyam. Sizi əmin edirəm ki, Rusiyanın düşünən beyinləri – ziyalılarının əksəriyyəti mənimlə eyni fikirdədir: burnunun ucundan uzağı görməyi bacarmayan erməni siyasətbazlarının cılız ambisiyaları ucbatından cavanların qanı tökülür, dinc sakinlər həlak olur.
Ümid edirəm ki, Sizin siyasi müdrikliyiniz vəziyyətin daha da gərginləşməsinin qarşısını alacaqdır.
Rəşadətli Azərbaycan xalqına səmimi qəlbdən Qələbə və davamlı rifah arzulayıram!
Dərin ehtiramla,
Fyodorova Yelena Vladimirovna.
Rusiya Federasiyası, Moskva şəhəri.
————————————————————————————
Möhtərəm cənab Prezident.
Azərbaycan-Niderland Biznes Qovşağının heyəti adından Azərbaycan xalqına öz dəstəyimizi ifadə etmək istəyirik.
Düşüncələrimiz hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş insanların yanındadır. Müharibədə qazanan tərəf olmur. Arzu edirik ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri dərhal icra edilsin və beləliklə, sülh və davamlı rifah geri qayıtsın.
Hörmət və dostluq ilə,
Elvin Hulşer
Niderland ofisinin direktoru
Tariyel Mirzəyev
Azərbaycan ofisinin direktoru
———————————————————————————————
Hörmətli cənab Prezident.
Azərbaycanda baş verən hadisələri narahatlıqla və qürurla izləyirik. Xalqın yenilməz Lideri olaraq torpaqlarınızı azad etməyinizə və erməni terrorçularına qarşı qətiyyətli mövqe göstərdiyinizə görə Sizinlə şərəf duyuruq.
Türk milləti olaraq daim Sizinləyik, dualarımız Sizinlədir. Bununla yanaşı, cəbhədə də Sizinlə çiyin-çiyinə döyüşməyə hazırıq.
Allah qəhrəman şəhidlərimizə rəhmət eləsin. Allahdan əziz Azərbaycan xalqına cansağlığı diləyirəm.
Hörmətlə,
Uğur Ceylan
Türkiyə Respublikası, İstanbul şəhəri.
Oxşar Xəbərlər
- Ramin Əhmədov: “Fazil Mustafaya güllə atanlar əslində dövlətinə, bayrağına sığınan hər kəsə güllə tuşlamış oldular.”
- Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub – RƏSMİ
- Karaçanta Murataza:” Türk dünyasının seçilən ağsaqqalları ilə bir yerdə addımlamaq gənclərdə fəxarət və məsuliyyət hissini daha da artıracaq”